XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



"Arsenal" ispaniyalı futbolçunun transferini tamamladı
İdman 13:05 / 10.05.2025
İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real Sossyedad" komandasının heyətində çıxış edən Martin Zubimendini transferini tamamlamaq üzrədir. 
"Olimpiyadunyasi.com" "Goal.com"a istinadla xəbər verir ki, "topçular" 25 yaşlı ispaniyalı futbolçunun həftəlik maaşını 40 min avrodan 80 min avroya qaldıraraq onunla razılığa gəlib.
London təmsilçisi yarımmüdafiəçinin transferi üçün 60 milyon avro ödəyəcək.
Komandalar yaxın günlərdə transferi ictimaiyyətə açıqlayacaqlar. 
Xatırladaq ki, yarimmudafieçi ilə İspaniyanın "Real Madrid" və "Barselona" komandaları da maraqlanırdı. 
 

18402 oxunub

InvestAZ