XƏBƏR LENTİ
13 May 2025
12 May 2025
11 May 2025
10 May 2025



Vətən müharibəsinin şəhidinin xatirəsi turnirlə anılıb
İdman 08:30 / 13.05.2025
Vətən müharibəsinin şəhidi Anar Novruzovun adı hər dəfə çəkiləndə bütün masallılar qürur duyur, onunla fəxr edirlər. Onun əziz xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif tədbirlərlə bərabər idman yarışları da təşkil edilir.
Növbəti dəfə isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində ölümsüzlüyə qovuşan qəhrəman şəhid Anar Novruzovun xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında güllə atıcılığı üzrə Masallı rayon turniri keçirilib.
Masallı Gənclər evi SXM-də təşkil edilən turnirdə 12 oğlan və 15 qız olmaqla 27 nəfər öz nişan alma bacarığını göstərib.
Məlumat üçün bildirək ki, turnirin təşkilində əsas məqsəd Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Anar Novruzovun əziz xatirəsini yad etmək və onun qəhrəmanlığını gənc nəsillərə tanıtmaq, yeniyetmə və gənclər arasında güllə atıcılığı kimi xüsusi diqqət və dəqiqlik tələb edən idman növünə marağı artırmaq, onların fiziki hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin gənclərin hərbi-idman hazırlığının inkişafına dəstək vermək, eləcə onların gələcəkdə ölkənin müdafiə potensialının bir hissəsi kimi yetişməsindən ibarət olub.
Turnirin qalibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.

184 oxunub

InvestAZ