Dünən Paraqvayın paytaxtı Asunsionda FİFA-nın 75-ci Konqresi keçirilib. Qurumun rəhbəri Canni İnfantino çıxış zamanı bu mötəbər tədbirin növbəti dəfə keçiriləcəyi şəhərin adını açıqlayıb.
"Biz demək olar ki, sizinlə fərqli vaxtlarda müxtəlif tədbirlərdə üz-üzə gəlirik. Maraqlı deyil ki, Asunsiondan sonra biz harada toplaşacağıq? Gəlin onu da açıqlayım. Buradan bildirmək istəyirəm ki, FİFA-nın növbəti 76-cı Konqresi 2026-cı il aprelin 30-da Kanadanın Vankuver şəhərində təşkil olunacaq. Həmin tədbirdən sonra Vankuver futbol üzrə dünya çempionatına ev sahibliyi edən şəhərlərdən biri olacaq. Ürəyinizi futbol ailəsinə açdığınız üçün Paraqvay, sizə təşəkkür edirik", - deyə İnfantino bildirib.