XƏBƏR LENTİ
16 May 2025
15 May 2025
14 May 2025



AOK Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilatçı şəhəri ilə müqavilə imzaladı
İdman 12:17 / 15.05.2025
Avropa Olimpiya Komitələri (AOK) 2027-ci ildə İtaliyanın Linyano Sabbiadoro şəhərində keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) təşkilatçı şəhəri ilə müqavilə imzalayıb.
Müqaviləni AOK prezidenti Spiros Kapralos, AOK baş katibi Karlo Mornati, İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Giovanni Malaqo, Friuli-Venezia Regional Hökumətinin başçısı Julia Massimiliano Fedriqa, Linyano Sabbiadoro Bələdiyyə başçısı Laura Giorgi və yerli Təşkilat Komitəsinin icraçı prezidenti Giorgio Brandolin imzalayıblar.
Təşkilatçı şəhərlə müqavilənin imzalanmasının əsas məqsədi 2027-ci ildə təşkil olunacaq EYOF-a uğurla hazırlaşmaqdır.
Tədbirdə çıxış edən AOK prezidenti Spiros Kapralos Avropa Gənclər Yay Olimpiya Festivalının ev sahibliyinin yenidən Linyano Sabbiadoroya qayıtmasından məmnun olduğunu bildirib:
"Təşkilatçı şəhərlə müqavilə imzalamaq ümumi ambisiyalarımızın ifadəsidir. Olimpizmin gücünə və gənclərin idmanla ilhamlanmasının vacibliyinə inanan tərəfdaşlar tapdığımıza görə sevinirəm”.
Friuli-Venezia Regional Hökumətinin prezidenti Julia Massimiliano Fedriqa isə çıxışında 22 ildən sonra Linyanoda yenidən EYOF yarışlarını qəbul edəcəkləri üçün məmnunluğunu ifadə edib.
İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo mərasimdə çıxış edərək AOK, Friuli Venezia Giulia regional Hökumətinə, Linyano Sabbiadoro bələdiyyə başçısına və Təşkilat Komitəsinə tədbirin hazırlığına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, yenidən Avropanı İtaliyada qarşılamağı səbirsizliklə gözlədiyini vurğulayıb.
Linyano Sabbiadoro bələdiyyə başçısı Laura Georgi isə bildirib ki, bu hadisə təkcə idman baxımından deyil, həm də emosional təsiri baxımından unikal olacaq.
Yerli Təşkilat Komitəsinin icraçı prezidenti Giorgio Brandolin də çıxışında Linyano, Friuli-Venezia Giulia bölgəsindəki tərəfdaşlarla ən yaxşı tədbiri keçirmək üçün AOK ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu bildirib.
Qeyd edək ki, Linyano-Sabbiadoro iki dəfə Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən ilk ölkə olacaq. Bu şəhər daha əvvəl 2005-ci ildə də EYOF yarışlarına uğurla ev sahibliyi etməklə yadda qalmışdı.
327 oxunub

InvestAZ