XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



"Cüdo dəyərləri və mədəniyyətinin təbliği" mövzusunda seminar keçirilib
İdman 10:25 / 16.05.2025

Azərbaycan Cüdo Federasiyasının (ACF) Şəkidə şimal-qərb regionunun cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının üçüncü günü arxada qalıb.

ACF-dən Olimpnews.az-a verilən məlumata görə proqramının üçüncü günündə federasiyanın Təhsil şöbəsinin müdiri Orxan Oruczadə iştirakçılara klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması prosesi barədə ətraflı məlumat verib.

Daha sonra "Cüdo dəyərləri və mədəniyyətinin təbliği" mövzusunda seminar keçirilib. Tədbirdə cüdonun əsas dəyərləri - hörmət, təvazökarlıq, cəsarət və özünüidarə prinsiplərinin gənclərə aşılanması, bu idman növünün mədəni irs və sosial tərbiyə vasitəsi kimi rolu müzakirə olunub. Sessiya ümumilikdə cüdonun sağlam həyat tərzi, etik davranış və vətəndaşlıq məsuliyyətinin təşviqindəki əhəmiyyətini vurğulayıb.

Günün praktiki hissəsi isə "te-waza” -əl texnikalarına həsr olunub.


10626 oxunub

InvestAZ