XƏBƏR LENTİ
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025



"Sabah" ardıcıl üçüncü dəfə Basketbol Liqasının qalibi oldu
İdman 23:32 / 14.05.2025

Azərbaycan Basketbol Liqasında 2024-25-ci illər mövsümünün qalibi adına aydınlıq gəlib. 
Çempion Bakı idman sarayında keçirilən final seriyasının altıncı oyunundan sonra müəyyənləşib. Gərgin mübarizə şəraitdə keçirilən oyunda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn Rimas Kurtinaytesin komandası final seriyasında ümumilikdə dördüncü qələbəsini qazanıb ki, bu da çempionluq üçün kifayət edib. Beləliklə, yekunda 4:2 hesabı ilə qələbə qazanan "Sabah" ardıcıl üçüncü dəfə çempion tituluna yiyələnib. 

Final seriyasının ən dəyərli basketbolçusu (MVP) "Sabah" klubundan Hassani Qravet seçilib.
Qeyd edək ki, seriyanın əvvəlki oyunlarında "Sabah" 2:0 (94:89, 86:77 hesabı ilə irəli çıxsa da "ağ-qaralar” ardıcıl iki qələbə ilə (79:76, 84:66) tarazlığı bərpa etmişdi. Beşinci oyunda isə "Sabah" klubu 107:89 hesablı qələbə ilə seriyada yenidən irəli çıxmışdı. 


3234 oxunub

InvestAZ