XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Ölkə çempionatında ilk qaliblər müəyyənləşdi
İdman 12:32 / 15.05.2025

"Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir.

Artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi "Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. "Bakı-2” ikinci, "Bakı-3” və "Şabran” kollektivləri isə üçüncü yeri tutub. Qadınların yarışından "Sumqayıt-1” komandası qalib ayrılıb. "Bakı-1” ikinci, "Bakı-2” və "Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.


4102 oxunub

InvestAZ