XƏBƏR LENTİ
16 May 2025
15 May 2025
14 May 2025



“Barselona” 8 futbolçusundan yaxa qurtamaq istəyir
İdman 20:15 / 15.05.2025
İspaniyanın "Barselona” klubu yay transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Heyətdə geniş islahatlar həyata keçirməyi düşünən klub rəhbərliyi 8 futbolçusunu satmaq niyyətindədir.

Belə ki, katalonlar Frenki De Yonq, Ansu Fati, Qavi, İnyaki Pena, Ronald Arauxo, Hektor Fort, Fermin Lopez və Pau Viktor üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.

Klubun bu addımı atmasında əsas məqsəd maliyyə vəziyyətini sabitləşdirmək, yeni transferləri maliyyələşdirmək və mövcud futbolçularla müqavilələri uzatmaqdır.

301 oxunub

InvestAZ