XƏBƏR LENTİ
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025



Formula 1 üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
İdman 11:49 / 21.05.2025

Formula 1 üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb.

Bu il Bakı Şəhər Halqası ətrafında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu daha 1500 yer artırılaraq 20 mini keçəcək.

Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Qeyd edək ki, 2024-cü ildə keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisini dörd gün ərzində tribunalardan canlı olaraq 76 mindən çox azarkeş izləyib. Bakı mərhələsi bu il sentyabrın 19-21-də keçiriləcək.


172 oxunub

InvestAZ