XƏBƏR LENTİ
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025



“İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib
İdman 21:32 / 20.05.2025
Masallıda Nizami Gəncəvi adına xatirə parkında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
43 nəfər idmançı və 40 nəfər şəhər sakinin iştirak etdiyi kütləvi idman tədbirdə güləş, boks, taekvondo, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Rayonda idmanın kütləvililiyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədi ilə keçirilən tədbir, şəhər sakinlərinin böyük marağına səbəb olub.
126 oxunub

InvestAZ