Futbolla vidalaşan qapıçı: «Həyat yoldaşımla söhbət etdim, o mənə seçim sənindir, - dedi»
İtaliyanın «Komo» klubunda çıxış edən qapıçı Pepe Reina mövsümün sonunda futbolla vidalaşacaq. «Bu qərarı keçən ilin yanvarında vermək istəyirdim. Həyat yoldaşımla söhbət etdim, o mənə seçim sənindir, - dedi. İndi mən seçimimi etmişəm. İstirahət etmək vaxtıdır», - deyə 42 yaşlı ispaniyalı futbolçu vurğulayıb. Qeyd edək ki, Reynanın karyerası ərzində Avropanın ən yaxşı liqalarında çıxış edib. «Barselona»nın yetirməsi olan qapıçı «Villarreal», «Liverpul», «Napoli» «Bavariya», «Milan», «Aston Villa», «Latsio» klublarında bir sıra titullara yiyələnib. Reyna həmçinin ikiqat Avropa və bir dəfə dünya çempionu adını qazanıb.
55 oxunub