XƏBƏR LENTİ
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025



Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
İdman 20:15 / 20.05.2025

Mayın 16-19-da badminton üzrə 17 yaşadək (U-17) idmançılar arasındaölkə birinciliyi keçirilib.
Yarışda 125 nəfər yeniyetmə badmintonçu iştirak edib.

Yarışda oğlanlar arasında şəxsi yarışlardaFərəc Kərimli, qızların mübarizəsində isəAysel Kazımova qalib adını qazanıb.

Oğlanlar arasında qoşa yarışlardaMalik Cəfərov və Nihat Əliyev cütlüyü birinci olub. Qızların mübarizəsində isəAysel Kazımova və Qəndab Niftalızadə cütlüyü bütün rəqiblərindən güclü olub.

Qarışıq qoşa yarışlarındaFərəc Kərimli və Aysel Kazımova cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


128 oxunub

InvestAZ