XƏBƏR LENTİ
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025



Astarada “28 May Müstəqillik Günü” münasibətilə həndbol turniri keçirilib
İdman 17:35 / 20.05.2025

Astarada "28 May Müstəqillik Günü” münasibətilə həndbol idman növü üzrə rayon turniri keçirilib.

Astara Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 5 məktəb komandası Olimpiya sistemi ilə bir-birini sınağa çəkib. Gərgin mübarizədə bütün rəqiblərdən güclü olan Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəbin komandası birinci yeri tutub. Şəhər 2 saylı tam orta məktəbin komandası II və Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbin komandası III yerləri qazanıblar. Komandalar baş hakim 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Rəşad Əliyevin baş hakimliyi ilə mübarizə aparıblar. Fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.

Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi sayəsində təşkil olunub.


151 oxunub

InvestAZ