XƏBƏR LENTİ
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025



Cüdoçularımız Avropa çempionatına hazırlaşırlar
İdman 16:29 / 20.05.2025

Cüdoçularımız kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub. Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək. Qitə yarışında ölkəmizi "nage-no-kata” və "katame-no-kata” kata formaları üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən öncə, 28–30 may tarixlərində Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.


172 oxunub

InvestAZ