XƏBƏR LENTİ
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025



“Heç vaxt bu klubun oyunçuları ilə köynək dəyişməzdim”
İdman 16:22 / 20.05.2025
"Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo hansı klubun futbolçuları ilə heç vaxt forma dəyişməyəcəyini açıqlayıb. "2007-ci il, 10 aprel tarixi. "Roma” ilə matçı xatırlayıram. UEFA Çempionlar Liqasının 1/4 finalında "Ol Trafford”da hesab 6:0 olarkən, onlar məndən çıxışımı dayandırmağı xahiş etdilər. İki qol vurmuşdum (44, 49-dəq). Mən isə buna məhəl qoymurdum. Əks halda məni zədələməklə hədələyirdilər. Heç vaxt unutmaram. Heç vaxt bu klubun oyunçuları ilə köynək dəyişməzdim" - deyə Ronaldo qeyd edib.
Məlumat üçün bildirək ki, həmin görüş 7:1 hesabı ilə başa çatmışdı.


198 oxunub

InvestAZ