XƏBƏR LENTİ
22 May 2025
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025



Orxan Qələndərov: “Əsas məqsədimiz ilk növbədə idmançılarımızın təcrübə qazanmasıdır”
İdman 16:05 / 21.05.2025
"Avropa Gənclər Yay Olimpiya Festivalının badminton yarışlarında ölkəmiz iki idmançı ilə təmsil olunacaq”.
Bu sözləri badminton üzrə Azərbaycan milli komandasının məşçisi Orxan Qələndərov Olimpiyadunyasi.com-a müsahibəsində Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) hazırlıqla bağlı danışarkən deyib.
Gənc mütəxəssis yarışa hazırlıq prosesinin uğurla davam etdiyini bildirib.
"Komandamız festivalda bir oğlan və bir qız idmançı ilə mübarizə aparacaq. Oğlanların yarışında Əli Gözəlov, qızlarda isə Viktoriya Kumanyayeva ölkəmizi təmsil edəcək. Qeyd etmək istəyirəm ki, Əli Gözəlov artıq bir ildən artıqdır ki, İndoneziyada intensiv şəkildə hazırlıq keçir. O, Asiyada həm fərdi məşqlərdə, həm də beynəlxalq idmançılarla təcrübə mübadiləsində yaxından iştirak edir. Bu, onun fiziki və taktiki baxımdan yarışa hazırlıq prosesində mühüm rol oynayır. Digər idmançımız Viktoriya Kumanyayeva isə hazırlıqlarını ölkəmizdə federasiyanın nəzarəti altında davam etdirir. Onun üçün də fərdi məşq proqramı hazırlanıb və proses çox uğurla gedir. Hər iki idmançımız son dövrdə göstərdikləri nəticələrlə seçiliblər və hazırda çox yüksək hazırlıq səviyyəsindədirlər. Nəzərə alsaq ki, bu festivalda Avropanın hər bir ölkəsi öz ən güclü gənc idmançıları ilə iştirak edir, rəqabət son dərəcə yüksək olacaq. Lakin bizim əsas məqsədimiz ilk növbədə idmançılarımızın təcrübə qazanması, özlərini beynəlxalq arenada sınaması və inkişaf yolunda bir addım daha irəliləməsidir. Əlbəttə, uğurlu çıxış və medal ümidimiz də var”, - deyə Orxan Qələndərov bildirib.
174 oxunub

InvestAZ