XƏBƏR LENTİ
22 May 2025
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025



Elnur İsmayılov: “İnanırıq ki, komandamız Vətənə medallarla qayıdacaq” 
İdman 16:59 / 21.05.2025
"Yeniyetmə qızlardan ibarət cüdo yığmamız Avropa Gənclər Olimpiya Festivalına hazırlıqlarını yüksək səviyyədə davam etdirir”.
Bu sözləri yeniyetmə qızlardan ibarət yığma komandanın baş məşqçisi Elnur İsmayılov Olimpiyadunyasi.com saytına müsahibəsində Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıqla bağlı danışarkən deyib.
Baş məşqçi qeyd edib ki, komandamız Skopye-2025-də 6 qız idmançı ilə təmsil olunacaq. "Azərbaycan birinciliyindən sonra yanvar ayında yığma komandanın heyəti formalaşdı. Bu turnirdən sonra komandamız Avropa Kubokları çərçivəsində 5 sınaq yarışında çıxış etdi. Həmin yarışlar EYOF-da iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli oldu. Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi qızların mübarizəsində 6 cüdoçu təmsil edəcək. Yarışa böyük ümidlərlə yollanacağıq. İnanırıq ki, əvvəlki festivallarda olduğu kimi bu dəfə də komandamız Vətənə medallarla qayıdacaq”, - deyə Elnur İsmayılov bildirib.
295 oxunub

InvestAZ