"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyeroya İtaliya Futbol Federasiyası tərəfindən məşqçilik lisenziyası verilib. İtaliyalı veteran hücumçu bu uğuruna 50 yaşında nail olub.
Xatırladaq ki, Del Pyero karyerasını 2015-ci ildə başa vurub.Onun son çıxış etdiyi klub Hindistanın "Dehli Dinamos"u olub. Alessandro "Yuventus”un bütün zamanların bombardiri (290 qol), ən çox oyun keçirən (705) futbolçusu kimi tarixə düşüb.