XƏBƏR LENTİ
22 May 2025
21 May 2025
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025



Beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb
İdman 20:22 / 21.05.2025

Özbəkistanda və Qazaxıstanda təşkil olunan beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) məlumat verilib.

AVİF-də baş tutan tədbirigiriş sözü ilə açan qurumun Ivitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.

S.Ələkbərov bildirib ki, yarışlarda yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılması ilə bağlı federasiya prezidenti Zaur Axundov tərəfindən qərar qəbul olunub. O, Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc medal qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medal əldə etmiş Məryəm Hüseynovaya mükafatlarıtəqdim edib.


267 oxunub

InvestAZ