XƏBƏR LENTİ
22 May 2025
21 May 2025
20 May 2025
19 May 2025



U-12 basketbol liqasında pley-off oyunlarına start verilib
İdman 13:17 / 22.05.2025

12 yaşa qədər oğlanlar arasında keçirilən U-12 basketbol liqasında pley-off oyunlarına start verilib.

Bakı İdman Sarayında keçirilən"Naxçıvan" U-12 - "Sərhədçi" U-12 oyununda 40-39 hesablı qələbəyə sevinən tərəf "Naxçıvan" U-12 basketbolçuları olublar. İkinci pley-off oyununda "Sabah" U-12 və "Neftçi" U-12 komandaları üz-üzə gəliblər. Bu oyunda da mübarizə son saniyələrə qədər davam edib. Görüş "Sabah" U-12 komandasının 43-42 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra "Naxçıvan" U-12 və "Sabah" U-12 komandaları yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, "Sabah" U-12 yarımfinalda NTD U-12 - "Gəncə" U-12 cütünün qalibi ilə, "Naxçıvan" U-12 isə "Sumqayıt" U-12 - "Abşeron" U-12 cütünün qalibi ilə qarşılaşacaq.


239 oxunub

InvestAZ