XƏBƏR LENTİ
23 May 2025
22 May 2025
21 May 2025
20 May 2025



ASA Tələbə Liqasının qalibi oldu - FOTO
İdman 22:20 / 22.05.2025

2024/2025-ci il mövsümündə Azərbaycan Tələbə Liqasının final qarşılaşması keçirilib.

Həlledici oyunda Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə üz-üzə gəlib. Qarşılaşma ASA komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu nəticə ilə ASA ardıcıl ikinci dəfə Azərbaycan Tələbə Liqasının qalibi olub. Liqanın fəaliyyətə başladığı gündən etibarən Akademiyanın futzal komandası qələbə qazanaraq, bütün oyunlarda xal itirmədən çempion adını qoruyub.

ASA həm 2023/2024, həm də 2024/2025-ci illərdə keçirilən mövsümlərdə maksimum nəticə göstərərək çempion olub.


180 oxunub

InvestAZ