XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Kamandan Oxatma Federasiyasına yeni prezident  seçilib
İdman 12:58 / 22.05.2024

Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün nazirliyin inzibati binasında keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edib. O, təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.

Anar Quliyev çıxış edərək, göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.


4194 oxunub

InvestAZ