XƏBƏR LENTİ
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025
22 May 2025



Lerikdə minifutbol üzrə rayon turniri keçirilib
İdman 22:30 / 27.05.2025

Lerikdə V.Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbin futbol meydançasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib.

Yarışda 6 ümumtəhsil məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən turnirin qalibi M.Bağşov adına Lerik şəhər 3 saylı tam orta məktəbin komandası tutub. Turnirdə ikinci yerə V.İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli, internat tipli gimnaziyanın komandası, üçüncü yerə isə Mastayıl kənd tam orta məktəbinin komandası sahib olub.

Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim olunub.


744 oxunub

InvestAZ