Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi ilə "28 May - Müstəqillik Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdlərdən ibarət komandalar arasında futzal üzrə Astara rayon açıq turniri keçirilib. 2 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Afət Əkbərovun hakimliyi altında 8 komanda Olimpiya sistemi üzrə mübarizə aparıb. I yerə Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəb, II yerə Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəb, III yerə isə Astara rayon Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta məktəbin komandası layiq görülüb.
Fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.