XƏBƏR LENTİ
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025



Avropa Qızıl Liqasının oyunları üçün heyət açıqlandı
İdman 12:20 / 29.05.2025
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqası üçün heyəti müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığmada 14 oyunçu yer alıb.

Avropa Qızıl Liqasında çıxış edəcək millinin heyəti:

Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova.

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova.

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.

Baş məşqçi: Faiq Qarayev.

Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə millinin rəqibləri Macarıstan və Sloveniya kollektivləri olacaq.

368 oxunub

InvestAZ