XƏBƏR LENTİ
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025
22 May 2025



“İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
İdman 17:50 / 27.05.2025

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Masallı Gənclər evi SXM-in birgə təşkilatçılığı ilə "İdman hamı üçün” layihəsi çərçivəsində qol güləşi idman növü üzrə açıq havada nümunəvi çıxışlarda 22 nəfər gənc iştirak edib.

Masallı şəhəri Nizami Gəncəvi adına xatirə parkında keçirilən tədbir rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədi daşıyıb. Şəhər sakinlərinin böyük marağına səbəb olan tədbirin sonunda fərqlənən gənclər təşkilat komitəsi tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.


860 oxunub

InvestAZ