XƏBƏR LENTİ
26 May 2025
25 May 2025
23 May 2025
22 May 2025
21 May 2025
20 May 2025



“Fənərbağça” Avropa Liqasının qalibi oldu 
İdman 02:11 / 26.05.2025
Türkiyənin "Fənərbağça” klubu basketbol üzrə Avropa Liqasının qalibi olub.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki "Etihad Arena”da keçirilən həlledici oyunda "Monako"nu 81:70 hesabı ilə üstələyən Türkiyə təmsilçisi 2017-ci ildən sonra ikinci dəfə Avropanın nüfuzlu klub basketbol turnirində çempionluq sevinci yaşayıb.
Final matçında "Fənərbağça”nın amerikalı basketbolçusu Naycel Heyz-Devis 23 xal və 9 ribaundla oyunun ən dəyərli oyunçusu (MVP) seçilib.
Komandanın baş məşqçisi, litvalı Şarunas Yasikeviçius isə həm oyunçu, həm də baş məşqçi kimi Avropa Liqası çempionu olan bir şəxs kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, "Fənərbağça” finala vəsiqə uğrunda qarşılaşmada Yunanıstanın "Panatinaikos" klubunu mübarizədən kənarlaşdırmışdı.

158 oxunub

InvestAZ