“Oklahoma-Siti” NBA finalına vəsiqə qazandı
İdman 11:55 / 29.05.2025
"Oklahoma-Siti” klubu Milli Basketbol Assosiasiyasının (NBA) finalına vəsiqə qazanıb.
Doğma meydanda "Minnesota”nı 124:94 hesabı ilə üstəyən meydan sahibləri finalın ilk iştirakçısı olub.
Qeyd edək ki, "Oklahoma-Siti” ümumi seriyada 4:1 hesabı ilə qalib gəlib. Yarış qaydalarına əsasən ilk dörd qələbə qazanan komanda finala vəsiqəniu təmin edir. "Oklahoma-Siti”nin həlledici mərhələdəki rəqibi "İndiana Peysers” və "Nyu-York Niks" komandalarının mübarizəsindən sonra müəyyənləşəcək.
328 oxunub