XƏBƏR LENTİ
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025



Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
İdman 15:15 / 29.05.2025

Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər.

Kütləviliyi ilə seçilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı, müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-dək stolüstü tennisçi mübarizəyə qatılıb.

"Şüa” İdman Kompleksində şəxsi, qoşa və qarışıq-qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.


233 oxunub

InvestAZ