"Milan" portuqaliyalı mütəxəssis Serxio Konseysao ilə tezliklə yollarını ayıracaq. Klubun idman direktoru İqli Tare bildirib ki, onlar yeni mövsümdə klubun sükanını yenidən Massimiliano Alleqriyə tapşırmaq istəyirlər.
O qeyd edib ki, "Rossonerilər"in azarkeşləri də Alleqrinin qayıdışını müsbət qarşılayırlar.
Qeyd edək ki, "Milan" 2011-ci ildə məhz Alleqrinin rəhbərliyi altında A seriyasının qalibi olmuşdu.