XƏBƏR LENTİ
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025



Karateçilərimiz dünya çempionatında iştirak edəcəklər
İdman 14:20 / 29.05.2025
Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Mayın 31-dən iyunun 1-nə qədər keçiriləcək full kontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate millisinin iki üzvü -Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) mübarizə aparacaqlar.

Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.

Komandaya AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcək.

266 oxunub

InvestAZ