Madrid "Real"ında 10 nömrəli formanı geyinən xorvatiyalı yarımmüdafiəçidən sonra bu nömrə altında hansı futbolçunun çıxış edəcəyi məlum olub. Olimpiyadunyasi.com "Foot Mercato"nun məlumatına istinadən xəbər verir ki, Madrid klubu bu nömrəni hücumçu Kilian Mbappeyə təklif edib.
Qeyd edək ki, Fransalı futbolçu "Real"dakı ilk mövsümündə 9 nömrəli geyimdə çıxış edib.