XƏBƏR LENTİ
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025



Pəhləvanlarımız təlim-məşq toplanışında iştirak edirlər
İdman 16:23 / 29.05.2025

Sərbəst güləş üzrə U20 milli komandamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mayın 28-dən başlayan hazırlıq prosesinə iyunun 11-də yekun vurulacaq. Komandamız ümumi və xüsusi fiziki hazırlıq üzrə toplanış keçəcək.

30 iyun – 6 iyul tarixlərində İtaliyanın Kaorle şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı 57 kq), Zamin Məmmədov, Bəşir Verdiyev (hər ikisi 61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə (hər ikisi 65 kq), İsmayıl Rəhimli, Nurlan Ağazadə (hər ikisi 70 kq), Omar Gülməmmədov, Fazil İsmayılzadə (hər ikisi 74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (hamısı 86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi 92 kq), Rəvan Musayev (97 kq), Yusif Dursunov və Muxamad Qantemirov (hər ikisi 125 kq) iştirak edir.



265 oxunub

InvestAZ