Yardımlı İdman Kompleksində "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yeniyetmə və gənclər arasında atletika üzrə rayon turniri keçirilib.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medallarına layiq görülüblər.