XƏBƏR LENTİ
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025



Dünya çempionatında yarımfinal həyəcanı başlayır - millimiz İngiltərə yığması ilə üz-üzə
İdman 11:22 / 29.05.2025
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının oyunları davam edir. Milli Gimnastika Arenasında keçirilən mundialda bu gün 1/4 final mərhələsinin oyunlarına start veriləcək. Yarımfinala vəsiqə uğrunda ilk oyun saat 17:30-da Macarıstan və Mavritaniya komandaları arasında olacaq. Bu oyundan sonra - saat 19:00-da Monteneqro millisi Çexiya ilə üz-üzə gələcək. Ötən mərhələdə dünya çempionu olan Rumıniya seçməsini mübarizədən kənarlaşdıran yığmamız isə yarımfinala vəsiqə uğrunda görüşdə İngiltərə millsini sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək. Günün və mərhələnin son oyununda isə Bosniya və Herseqovina milliləri münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə saat 22:00-da start veriləcək.
389 oxunub

InvestAZ