Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Astara Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən "23 May-Beynəlxalq Güləş Günü”nə həsr olunmuş tədbir keçirilib.
Sərbəst güləş, qadın güləşi idman növləri üzrə nümunəvi çıxışların göstərildiyi tədbirdə məşqçi-müəllimlər Loğman Ağayev, Nizami Axundov, Samir Hacıyev, Bəhruz Nəbiyev fəal iştirak ediblər.
Yekunda yüksək nəticələrinə görə fərqlənən idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim olunub.
497 oxunub