Leverkuzen "Bayer"indən azad agent kimi ayrılan müdafiəçi Conatan Tah Münhen "Bayern"i ilə müqavilə imzalayıb.
Olimpiyadunyasi.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-ci ildən "əczaçılar"ın heyətində çıxış edirdi. Tah Leverkuzendə bu vaxta qədər 402 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə müəllifi olub.