XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Avarçəkənlərimiz “Samsun Draqon Festivalı”nda bir qızıl, bir gümüş medal qazanıblar
İdman 13:30 / 26.05.2025

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idmançıları ilk dəfə olaraq "Draqon” qayıqlarında beynəlxalq turnirdə iştirak ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-25-də Türkiyənin Samsun şəhərində təşkil olunan "Samsun Draqon Festivalı”nda 11 oğlan idmançımız mübarizə aparıb. Komandamız yarışları bir qızıl, bir gümüş medalla başa vurub.İlk gündə 200 metr məsafədə keçirilən yarışlarda Azərbaycan komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Son yarış günündə də avarçəkənlərimizin çıxışı uğurlu alınıb. İdmançılarımız bu dəfə 1000 metr məsafə üzrə mübarizədə gümüş medala layiq görülüblər.


4566 oxunub

InvestAZ