İyulun 14-də ABŞ-ın Atlanta şəhərində qadınlar arasında restlinq şousu təşkil edilib.
Olimpiyadunyasi.com xəbər verir ki, "State Farm Arena"da keçirilən WWE Evolution-2025 yarışı qadın restlinqçilər arasında təşkil olunan ilk böyük tədbir kimi diqqət çəkib. Yarışda Beki Linç Beyli Valkiri ilə görüşdə üçqat təhlükə matçında üz-üzə gəlib. Beki qalibiyyət əldə edərək, qitələrarası çempion titulunu qoruyub.
Ceysi Ceyn NXT brendinin əsas qadın titulunu Cordinne Qreysə güzəştə getməyib. Belə ki, Qreyslə birlikdə meydana çıxan Bleyk Monro kəmərlə Cordinin kürəyinə zərbə endirərək, Ceynə qalib gəlməyə şərait yaradıb. Tiffani Stretton Triş Stratusa qarşı görüşdə "SmackDown" çempionatının mükafatını qoruyub. Ceyd Kargill "No Holds Barred" qaydalarına uyğun keçirilən görüşdə Naomini məğlub edib. Qarşılaşmada Bianka Belayr xüsusi hakim funksiyasını yerinə yetirib. Rakel Rodriqes və Roksanna Perez "Raw Tag Team" titullarını toxunulmaz saxlayıblar. Stefani Uaker Laş Leqendi ipin üstündən ataraq "Royal Battle"nin qalibi olub. Naomi "Raw" çempionu olmaq üçün Lyo Skay- Rhi Ripliyə qarşı "Triple Threat" matçında qalib olub. Naomi titul vuruşu qazanmaq üçün bank portfelindən istifadə edib.
653 oxunub