XƏBƏR LENTİ
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər
İdman 11:04 / 10.07.2025

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcək.

Bu barədə"Report"a Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi bu gün Ostrava şəhərinə yola düşüb.


446 oxunub

InvestAZ