İyulun 20-26-da Şimali Makedoniya və Xorvaiyada XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək.
4 mindən çox idmançının bir araya gələcəyi budəfəki yarışlar əvvəlkilərdən fərqli olaraq iki ölkədə və üç şəhərdə təşkil olunacaq. Belə ki, yarışların böyük qismi (atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo) Şimali Makednoniyanın Skopye, dağ velosipedi və şose velosipedi üzrə yarışlar isə Kumanovo şəhərində keçiriləcək. Yalnız idman gimnastları digər ölkədə - Xorvatiyanın Osiek şəhərində mübarizə aparacaqlar. Sayca 18-ci dəfə təşkil olunacaq yarışda Azərbaycan komandası 10 idman növündə - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Olimpiyadunyasi.com saytı olaraq budəfəki yazımızda idmançılarımızın Skopye-2025-də çıxış edəcəkləri idman növləri və həmin yarışların keçiriləcəyi arenalar barədə qısa məlumatı təqdim edirik.
İdmançılarımızın müxtəlif idman növləri üzrə mübarizə aparacağı arenalar:
Atetika - Todor Proeski milli stadionu
Üzgüçülük - "Centar” Olimpiya üzgüçülük hovuzu
Cüdo - Yan Sandanski İdman Mərkəzi
Taekvondo - Skopye Bədən Tərbiyəsi Universiteti
Stolüstü tennis - Partizan idman zalı
Atıcılıq - Partizan idman zalı
Badminton - Nevana Georgieva - Dunya adına ibtidai məktəb
Dağ velosipedi - Kumanovo Dağ velosipedi qurğusu
Şose velosipedi - Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
İdman gimnastikası - "Qradski Vrt” yarış zalı
Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.