XƏBƏR LENTİ
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025
22 May 2025



İspaniyalı qapıçı Fransadan təklif alıb
İdman 16:04 / 27.05.2025

Növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış edəcək "Monako" yay transferlərinə start verib.

Knyazlıq təmsilçisi "Fiorentina"nın qapıçısı David De Xeanı heyətə cəlb etmək niyyətindədir. İnsayder Fabrizio Romanonun yaydığı xəbərə görə 34 yaşlı ispaniyalının bənövşəyilərlə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatsa da, müqaviləni daha bir mövsüm uzatmaq imkanı var.

Qeyd edək ki, De Xea "Fiorentina”nın heyətində 42 oyun keçirib, 50 qol buraxıb.


834 oxunub

InvestAZ