Masallıda "Sağlam həyat günləri" layihəsi çərçivəsində Nizami Gəncəvi adına xatirə parkında kütləvi idman tədbiri təşkil edilib. Tədbirdə taekvondo, güləş, futbol, kəndirlə mübarizə və yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkil etdiyi, əsas məqsəd rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasından ibarət olub. 45 nəfər idmançı və 50 nəfər həvəskarın iştirak etdiyi tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.