XƏBƏR LENTİ
31 May 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025



Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
İdman 22:03 / 15.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZƏRTACxəbər verir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.


19198 oxunub