XƏBƏR LENTİ
02 İyun 2025
01 İyun 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025



Güləş üzrə Azərbaycan çempionatının növbəti görüşləri matəm günü ilə bağlı təxirə salınıb
İdman 21:22 / 25.12.2024

Güləş üzrə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər növbəti günə təyin olunub.

Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, yarışa dekabrın 30-da yekun vurulacaq.


7489 oxunub