XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



III MDB Oyunları: Batut gimnastikası üzrə komandamız gümüş medal qazandı
İdman 18:15 / 02.10.2025

Bu gün III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışların ilk qalibləri müəyyənləşib.

Olimpiyadunyasi.com xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışın mükafatçıları arasında Azərbaycanınkişilərdən ibarət komandası da yer alıb. Yığmamızümumilikdə 170.460 xal toplayaraq gümüş medala sahib çıxıb.Qızların komanda yarışlarında isə120.860 xal toplayan Azərbaycan komandası mükafatçılar sırasından kənarda qalıb.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlaroktyabrın 3-də başa çatacaq.


155 oxunub

InvestAZ