Tennis üzrə ATP turnirinin mükafat fondu 2025-ci ildə rekordla yadda qalacaq.
Olimpiyadunyasi.com potensial tennisçilərin qazancları ilə bağlı dəqiq rəqəmləri açıqlayıb. Belə ki, qrup mərhələsində qazanılan hər qələbə üçün idmançı 396 500 dollar, yarımfinalda isə 1,18 milyon dollar qazanacaq. Final matçında qalibiyyət tennisçiyə 2,36 milyon dollar qazandıracaq. Turnirdə qazanılan bütün matçlar üçün potensial mükafat fondu 5,071 milyon dollara çatacaq.
Qeyd edək ki, turnir noyabrın 9-dan 16-dək İtaliyanın Turin şəhərində keçiriləcək. Mövsümün sonunda fərdi vəcütlük üzrə ən yaxşı səkkiz tennisçi iştirak etmək hüququ qazanacaq. Fərdi yarışlarda hazırkı çempion, dünyanın ikinci tennisçisi italiyalı Yannik Sinnerdir.
727 oxunub