III MDB Oyunlarında altıncı yarış gününə yekun vurulub.
Azərbaycan komandası 6 gündən sonra 59 (7 qızıl, 21 gümüş, 31 bürünc) medalla ikinci pillədə qərarlaşıb. Medal sıralamasına isə aktivində 59 qızıl, 17 gümüş, 12 bürünc medal olan Rusiya komandası başçılıq edir. Belarus isə 48 (7 qızıl, 18 gümüş, 23 bürünc) medalla üçüncü pillədə qərarlaşıb. Ümumilikdə isə Oyunlarda iştirak edən 13 komandadan 7-si mükafat qazanmağa müvəffəq olub. Cəmi 5 ölkə isə Oyunlarda qızıl medal qazanıb.