III MDB oyunları çərçivəsində keçirilən boks yarışları davam edir.
Yevlax Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə Azərbaycanın daha bir idmançısı Əli Əliyev yarımfinala vəsiqə qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qırğızıstanlı Məhəmmədəli Kanybekova qalib gəlib. Təmsilçimiz bununla da ən azı bürünc medalı təmin edib.
Bu çəki dərəcəsində rinqə çıxan digər idmançımız Həsən Səhrətli (48 kq) isə 1/4 finalda belaruslu Uladzislau Zardzerskiyə məğlub olub.
849 oxunub