XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Çempionlar Liqası: İkinci tur başa çatdı, "Qarabağ" altıncı pillədə qərarlaşır
İdman 01:51 / 02.10.2025
Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna yekun vurulub.
Turun ikinci oyun günündə də azarkeşlər 9 oyun izləyiblər. Azərbaycanın "Qarabağ" klubu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabı ilə məğlub edib. İki turdan sonra Azərbaycan təmsilçisi qitənin bir sıra aparıcı klublarını qabaqlayaraq 6 xalla altıncı pillədə qərarlaşır. "İngiltərə təmsilçisi "Nyukasl" isə Belçika səfərində "Yunion"u dörd cavabsız qolla üstələyib Günün maraqlı oyunlarından biri İspaniyada baş tutub. "Barselona" İspaniyada PSJ-yə 2:1 hesabı ilə məğlub olub. Almaniyanın Dortmund "Borussiya"sı isə doğma meydanda "Atletik"ə (İspaniya) 4:1 hesabı ilə qalib gəlib. İngiltərə "Arsenal"ı isə Londonda "Olimpiakos"dan güclü olub -2:0. "Napoli" İtaliyada "Sportinq"i (Portuqaliya) 2:1 hesabı ilə məğlub edib. "Bayer" (Almaniya) PSV (Nİderland) ilə 1:1, "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə) ilə 2:2, "Vilyarreal" (İspaniya) isə eyni hesabla "Yuventus"la (İtaliya) bərabərliyə qalıb-2:2.

629 oxunub

InvestAZ